Xəzər Xəbər

ABŞ-də atışma olub, azı 10 nəfər ölüb

Dünya | 14:02 • 22 Yanvar 2023
ABŞ-də atışma olub, azı 10 nəfər ölüb

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles ətrafı Monterey Park şəhərində keçirilən “Çin Yeni ili” festivalında naməlum şəxsin atəş açması nəticəsində azı 10 nəfər həlak olub, yaralananlar var.

Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, əraziyə polis əməkdaşları və tibb işçiləri cəlb olunub, istintaq başlayıb.

Hadisənin təfərrüatları məlum deyil.

Xəbər lenti