Xəzər Xəbər

Ötən il BMT-nin 32 sülhməramlısı həlak olub

Dünya | 14:59 • 21 Yanvar 2023
Ötən il BMT-nin 32 sülhməramlısı həlak olub

Ötən il bütün dünyada BMT-nin 32 sülhməramlısı – 28 hərbçi və aralarında bir qadının da olduğu dörd polis əməkdaşı hücumlara məruz qalaraq həlak olub.

Xezerxeber.az xarici KİV-ə istinadla xəbər verir ki, Malidəki missiya artıq ardıcıl olaraq doqquzuncu ildir ən təhlükəli istiqamət sayılır. Ötən il Afrikanın bu ölkəsində 14 sülhməramlı öldürülüb. Eyni zamanda, Konqo Demokratik Respublikasında 13, Mərkəzi Afrika Respublikasında 4, Livanda isə bir sülhməramlı qətlə yetirilib.

Qeyd edək ki, 2020-ci ildə həlak olan sülhməramlıların sayı 15 nəfər, 2021-ci ildə isə 25 nəfər təşkil edib. Ümumilikdə isə son 12 il ərzində bütün dünyada müxtəlif hücumlar nəticəsində BMT-nin 494 əməkdaşı öldürülüb.

Xəbər lenti

Rusiyanın əhalisi azalıb
17:14 • 1 Fevral 2023