Xəzər Xəbər

ABŞ-ın Suriyadakı hərbi bazası dron hücumuna məruz qalıb

Dünya | 12:30 • 21 Yanvar 2023
ABŞ-ın Suriyadakı hərbi bazası dron hücumuna məruz qalıb

ABŞ-ın Suriyadakı Ət-Tanf hərbi bazasına pilotsuz uçan aparatlarla hücum edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Komandanlığı məlumat yayıb.

Məlumata görə, hücum edən üç drondan ikisi vurulub, biri isə zərbə endirməyə müvəffəq olub. Amerikalı hərbçilərdən xəsarət alan olmasa da, iki suriyalı əsgər ölüb.

Suriyanın İraq və İordaniya ilə sərhədi yaxınlığında yerləşən Ət-Tanf bazası İŞİD qruplaşmasına qarşı əməliyyatlar və müxalif qüvvələrin hazırlanması üçün istifadə olunur.

Xəbər lenti