Xəzər Xəbər

ABŞ tərəfdaşlarını Ukraynaya köməyə çağırdı

Dünya | 15:36 • 20 Yanvar 2023
ABŞ tərəfdaşlarını Ukraynaya köməyə çağırdı

ABŞ xarici tərəfdaşları Ukraynaya kömək etməkdə daha qətiyyətli olmağa çağırıb.

AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, bunu yanvarın 20-də Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun - “Ramştayn” formatının növbəti görüşündə ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

Lloyd Ostinin sözlərinə görə, Ukrayna dünyanı ruhlandırıb, Rusiya isə sursat çatışmazlığı və ağır döyüş itkiləri ilə üzləşib. Azad və suveren Ukrayna güclü dəstək aldıqda, Kreml bir neçə müttəfiqini yenidən təchiz etmək üçün kömək istəməlidir. Bu arada hətta İran və Şimali Koreya da Rusiyaya silah tədarükünü etiraf etmək istəmir.

"Daha dərinə getməyin vaxtıdır. Ukrayna xalqı bizi izləyir, Kreml bizi izləyir, tarix də bizi izləyir. Ona görə də biz Ukraynanın Rusiya imperiyasının təcavüzündən müdafiəsinə kömək etmək əzmimizdən geri çəkilməyəcəyik və tərəddüd etməyəcəyik", - deyə ABŞ müdafiə naziri əlavə edib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin videomüraciətinə cavab olaraq Ostin bildirib ki, ABŞ ölkələrin sərhədlərinin güc yolu ilə dəyişdirilə bilməyəcəyi prinsipini dəstəkləməyə davam edəcək.

Prezident Volodimir Zelenski iclasda müttəfiqlərini Ukraynaya uzaqmənzilli raketlər və "F-16" qırıcıları göndərilməsini müzakirə etmək üçün yeni “Ramştayn”ın toplantısı keçirməyə çağırıb.

“Ukraynanın uzaqmənzilli raketlər və döyüş təyyarələri ilə təmin edilməsi, müttəfiqlərin indi göstərdiyi yardımdan daha yüksək addım olardı”, - deyə Zelenski bildirib.

Xatırladaq ki, ABŞ Ukraynaya həcmi 2,5 milyard dollar olacaq yeni hərbi yardım paketini elan edib.

Xəbər lenti

Rusiyanın əhalisi azalıb
17:14 • 1 Fevral 2023