Xəzər Xəbər

Müharibədə ölmüş erməni hərbçilərin valideynləri İstintaq Komitəsinin önünə toplaşıb

Dünya | 13:32 • 20 Yanvar 2023
Müharibədə ölmüş erməni hərbçilərin valideynləri İstintaq Komitəsinin önünə toplaşıb

Qarabağ müharibəsində Ermənistan Silahlı Qüvvələrinin ölən hərbçilərinin valideynləri İstintaq Komitəsinin qarşısına toplaşıblar.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Onlar ölkənin Müstəqillik Günündə Yerablur qəbiristanlığı ərazisində baş vermiş hadisənin araşdırılmasını tələb edirlər.

Xatırladaq ki, ötən il 21 sentyabrda ölən hərbçilərin yaxınları Baş nazir Nikol Paşinyanın Yerablur ərasizinə keçməsinə mane olmuşdu və bu zaman onlar polis tərəfindən zorakılığa məruz qalaraq ərazidən uzaqlaşdırılıb. Sonradan məlum olub ki, həmin polis əməkdaşlarına qarşı xidməti istintaq dayandırılıb.

Xəbər lenti