Xəzər Xəbər

Gürcüstanda atışma olub, 1-i polis əməkdaşı olmaqla, azı 5 nəfər ölüb

Dünya | 09:38 • 20 Yanvar 2023
Gürcüstanda atışma olub, 1-i polis əməkdaşı olmaqla, azı 5 nəfər ölüb

Gürcüstanın Saqareco şəhərində bir nəfər insanlara balkondan atəş açması nəticəsində 1-i polis əməkdaşı olmaqla, 5 nəfər həlak olub, daha beş nəfər yaralanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, silahlı şəxs yaşadığı evdə barrikada quraraq əvvəlcə həyətdə yoldan keçənlərə, daha sonra isə polis əməkdaşlarına atəş açıb. Hadisə yeri mühasirəyə alınıb, əlavə polis qüvvələri hadisə yerinə cəlb edilib. Şübhəli intihar edib.

Şübhəli şəxsin 1974-cü il təvəllüdlü, Əfqanıstanda sülhməramlı missiyada iştirak etmiş keçmiş hərbçi olduğu məlum olub. 2006-2021-ci illərdə Müdafiə Nazirliyinin strukturlarında işləyib. İşdən çıxarılma səbəbi açıqlanmır.

Xəbər lenti