Xəzər Xəbər

Ukraynada elektrik enerjisi çatışmazlığı davam edir

Dünya | 17:35 • 8 Dekabr 2022
Ukraynada elektrik enerjisi çatışmazlığı davam edir

Ukraynada elektrik enerjisi qıtlığı davam etməkdədir. İstehlak limitinin aşılması səbəbindən bir sıra ərazilərdə enerji verilişinin fövqəladə dayandırılması tətbiq olunur.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Ukrinform” agentliyi “Ukrenerqo” kompaniyasına istinadla məlumat yayıb.

"Dekabrın 8-i saat 11:00-a olan vəziyyətə görə, elektrik stansiyalarına və yüksək gərginlikli şəbəkələrə raket zərbələri nəticəsində dəymiş ziyanla əlaqədar sistemdə xeyli elektrik enerjisi çatışmazlığı qalmaqdadır. Regional enerji şirkətlərinə elektrik enerjisi istehlakı limitləri qoyulub", - məlumatda belə deyilir.

Qeyd olunur ki, səhər saatlarında bir neçə vilayət istehlak limitini aşdığı üçün fövqəladə dayandırmalar tətbiq edilib. Eyni zamanda, enerji təchizatında vəziyyəti hava şəraiti də çətinləşdirir. Ölkənin qərb regionlarının bir çoxunda şaxtalı hava, sulu qar və güclü külək naqillərin buz bağlamasına və zədələnməsinə səbəb olur.

“Ukrenerqo”nun məlumatına görə, ən çətin vəziyyət dünən axşam yenidən güclü artilleriya atəşinə məruz qalan şərq regionunda hökm sürür. İmkan olan yerlərdə elektrik şəbəkəsinin vəziyyəti yoxlanılır və hərbçilər icazə verdikdən sonra təmir işlərinə başlanılacaq. Kiyev və Odessa vilayətlərində qəza-bərpa işləri bütün sutka ərzində davam edir. Odessada məişət istehlakçılarının ehtiyat sxemlər üzrə təchizatı prosesi həyata keçirilir.

Xəbər lenti

Çox oxunanlar