Xəzər Xəbər

Dünyanın ən varlı ailələri SİYAHI

“Times” dünyanın ən varlı ailələrinin reytinqini tərtib edib
Dünya | 15:00 • 8 Dekabr 2022
Dünyanın ən varlı ailələri

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Al Nəhyanın ailəsi dünyanın ən varlı ailəsidir.

“The Times” qəzeti xəbər yayıb ki, Nəhyanlar ailəsinə məxsus sərvətin əsasını enerji ticarətindən əldə edilən gəlirlər, həmçinin müxtəlif kompaniyalara və daşınmaz əmlak bazarlarına qoyduğu sərmayə də daxil olmaqla, uğurlu investisiya siyasəti təşkil edir. “Bloomberg” agentliyinin məlumatına görə, ailənin varidatı təxminən 300 milyard dollar həcmində qiymətləndirilir.

Əbu-Dabidən olan ailə maliyyə məsələlərindən robot texnikasına qədər müxtəlif sahələrdə fəaliyyət göstərən, 27 mindən çox işçisi olan “Royal Group” kompaniyasının sahibidir. Al Nəhyanlar İngiltərənin “Mançester Siti” futbol klubunda, İlon Maskın “SpaceX” kompaniyasında və Rihannanın “Savage x Fenty” moda evində pay sahibidir.

“The Times” qəzetinin tərtib etdiyi reytinqin ikinci pilləsində sərvəti 224,5 milyard dollar həcmində qiymətləndirilən “Walmart” mağazalar şəbəkəsinin sahibləri amerikalı Uolton ailəsi qərarlaşıb. İlk beşliyə, həmçinin eyniadlı qənnadi kompaniyasının təsisçiləri olan Mars ailəsi (160 milyard dollar), “Koch Industries” sənaye konqlomeratını idarə edən Koc ailəsi (128,8 milyard dollar) və Səudiyyə Ərəbistanının kral ailəsi (105 milyard dollar) daxil olub.

Xəbər lenti