Xəzər Xəbər

Rusiyada naməlum şəxs polislərə pulemyotdan atəş açıb

Dünya | 16:56 • 6 Dekabr 2022
Rusiyada naməlum şəxs polislərə pulemyotdan atəş açıb

Rusiyanın Rostov vilayətinin Novoşaxtinski qəsəbəsində naməlum şəxs pulemyotdan polislərə atəş açıb.

Xezerxeber.az xəbər verir ki, hadisə dekabrın 6-da günorta saatlarında baş verib. Hərbi geyimli naməlum şəxs pulemyotdan atəş açaraq bir polisi yaralayıb.

Polislərə atəş açan şəxsin fərari olduğu ehtimal edilir. Hazırda onun axtarışı aparılır.

Xəbər lenti

Çox oxunanlar