Xəzər Xəbər

Türkiyədə yaşayış binasında partlayış olub

Dünya | 17:21 • 4 Dekabr 2022
Türkiyədə yaşayış binasında partlayış olub

Türkiyənin cənub-şərqində yerləşən Şanlıurfa şəhərinin Akçakal rayonunda altımərtəbəli yaşayış binasında partlayış baş verib.

Xezerxeber.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində azı 4 nəfər yaralanıb.

Partlayış nəticəsində evlərin tavanları qismən uçub, pəncərələr sınıb, binanın qarşısında dayanan avtomobillərə ziyan dəyib.

Hadisə yerinə polis, xilasetmə qüvvələri və təcili tibbi yardım briqadaları cəlb olunub.

Xəbər lenti