Xəzər Xəbər

Edvar Snouden Rusiya pasportu alıb

Dünya | 15:44 • 2 Dekabr 2022
Edvar Snouden Rusiya pasportu alıb

ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvar Snouden Rusiya pasportu alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə onun vəkili Anatoli Kuçerena məlumat verib. E.Snouden and içib və ona Rusiya vətəndaşı pasportu təqdim edilib.

Bu ilin sentyabrında Rusiya Prezidentinin ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvar Snoudenə Rusiya vətəndaşlığı verilməsi haqqında fərmanı dərc olunmuşdu. Snouden 2017-ci ildə Moskvada ABŞ idmançısı Lindsi Mills ilə evlənib. Hazırda L.Mills də Rusiya vətəndaşlığı almaq barədə ərizə yazıb.

Xəbər lenti