Xəzər Xəbər

Avropa Komissiyası: Rusiyanın Ukraynanı işğal etməsi sözlə deyilə bilməyən əzablara səbəb olub

Dünya | 12:18 • 30 Noyabr 2022
Avropa Komissiyası: Rusiyanın Ukraynanı işğal etməsi sözlə deyilə bilməyən əzablara səbəb olub

Ukrayna müharibə başlayandan 100 mindən çox hərbçisini itirib.

Xezerxeber.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen videomüraciətində deyib.

O, Rusiyanın törətdiyi cinayətlərin bədəlini ödəməli olduğunu vurğulayıb: “Rusiyanın Ukraynanı işğal etməsi ölümə, dağıntılara, sözlə deyilə bilməyən əzablara səbəb olub. Biz hamımız Buça dəhşətlərini xatırlayırıq. Bu vaxtadək 20 mindən çox mülki şəxsin və 100 mindən çox ukraynalı hərbçinin həlak olduğu təxmin edilir. Rusiya bu dəhşətli cinayətlərin bədəlini ödəməlidir”.

Xəbər lenti