Xəzər Xəbər

Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar paketini müzakirə edəcək

Dünya | 13:50 • 29 Noyabr 2022
Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar paketini müzakirə edəcək

Avropa Komissiyası bu həftə Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi barədə Avropa İttifaqı ölkələri ilə məsləhətləşmələrə hazırdır.

“Politico” qəzeti yazır ki, bu, Avropa Komissiyasının Rusiya neftinə qiymət limiti məsələsində irəliləyişə nail olmaq üçün Polşaya etdiyi güzəştdir.

Bazar ertəsi günü bu mövzu ətrafında aparılan danışıqlar dalana dirənib. Belə ki, Avropa Komissiyası Rusiya neftinin barreli üçün 62 dollar həddi təklif etsə də, Polşa və Estoniya qiymətin aşağı salınmasını istəyir. Varşava, həmçinin qiymət məhdudiyyətini Rusiyaya qarşı yeni sanksiyaların qəbulu ilə əlaqələndirməyə çalışır.

Avropa İttifaqı yeni məhdudiyyətlər paketi çərçivəsində sanksiyalara məruz qalacaq şəxslərin siyahısını xeyli genişləndirə bilər. Rusiya isə öz növbəsində qiymət məhdudiyyəti tətbiq edən ölkələrə neft tədarükünü dayandıracağı barədə xəbərdarlıq edib.

Xəbər lenti