Xəzər Xəbər

Ermənistan ordusunun mayoru həbs edilib

Onun xarici xüsusi xidmət orqanlarına işlədiyi aşkarlanıb
Dünya | 10:45 • 29 Noyabr 2022
Ermənistan ordusunun mayoru həbs edilib

Ermənistan silahlı qüvvələrinin mayoru həbs edilib.

Xezerxeber.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidmətindən bildirilib.

Qeyd olunub ki, onun xarici xüsusi xidmət orqanlarına işlədiyi aşkarlanıb. Məlumata görə, hərbçi Ermənistanın ordusunun ölkənin şərq və cənub sərhədindəki fəaliyyəti barədə məxfi məlumatları kəşfiyyat orqanlarına ötürürmüş.

Hazırda istintaq davam edir.

Qeyd edək ki, həbs edilən mayorun kimliyi açıqlanmayıb.

Xəbər lenti