Xəzər Xəbər

Ukrayna 17,2 milyon ton taxıl ixrac edib

Dünya | 18:29 • 28 Noyabr 2022
Ukrayna 17,2 milyon ton taxıl ixrac edib

Ukrayna 2022/2023-cü kənd təsərrüfatı ilinin əvvəlindən noyabrın 28-dək 17,19 milyon ton taxıl məhsulu ixrac edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukraynanın Aqrar Siyasət və Ərzaq Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

Məlumata görə, bu, öncəki il qeydə alınan göstəricidən 31,9 faiz azdır. Belə ki, 2021-ci il iyulun 1-dən noyabrın 28-nə qədər ixrac olunan taxıl məhsullarının həcmi 25,26 milyon ton təşkil etmişdi.

Kənd təsərrüfatı ilinin əvvəlindən bəri Ukraynadan 9,13 milyon ton qarğıdalı (1,7 dəfə çox), 6,64 milyon ton buğda (2,2 dəfə az), 1,36 milyon ton arpa (3,6 dəfə az), 11,5 min ton çovdar (6,7 dəfə az) və 52,5 min ton un (0,8 faiz çox) ixrac olunub.

Noyabrın əvvəlindən indiyədək isə ölkədən 3,99 milyon ton dənli bitki, o cümlədən 1,64 milyon ton buğda, 2,07 milyon ton qarğıdalı, 252 min ton arpa, 5 min ton çovdar və 14,3 min ton un ixrac edilib.

Xəbər lenti