Xəzər Xəbər

Təyyarə yüksək gərginlikli elektrik xəttinə ilişdi FOTO

Dünya | 15:33 • 28 Noyabr 2022
Təyyarə yüksək gərginlikli elektrik xəttinə ilişdi

ABŞ-nin Merilend ştatında kiçik təyyarənin yüksək gərginlikli elektrik xəttinə çırpılması nəticəsində minlərlə insan işıqsız qalıb.

Xezerxeber.az xarici KİV–ə istinadla xəbər verir ki, təyyarə Qaithersburq əyalətində yüksək gərginlikli elektrik xəttinə çırpıldıqdan sonra 30 metr hündürlükdə naqildən asılı vəziyyətdə qalıb.

Rəsmi nümayəndələrin sözlərinə görə, təyyarədəki 3 nəfərlə əlaqə saxlanılıb. Onların vəziyyəti yaxşıdır.

Hadisə nəticəsində bölgədə elektrik enerjisinin kəsilməsi səbəbindən 88 min insan işıqsız qalıb.

Xəbər lenti