Xəzər Xəbər

Yaşayış binasında baş verən yanğın 10 nəfərin həyatına son qoyub

Dünya | 09:23 • 25 Noyabr 2022
Yaşayış binasında baş verən yanğın 10 nəfərin həyatına son qoyub

Çinin Sincan Uyğur Muxtar Rayonunun paytaxtı Urumçi şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində 10 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Xarici media xəbər yayıb ki, hadisə noyabrın 24-də axşam saatlarında Urumçinin Tyanşan rayonunda baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər təxminən 3 saat sonra yanğını nəzarət altına ala biliblər. Bütün səylərə baxmayaraq 10 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Xəsarət alanlar 9 nəfərin vəziyyəti kafidir.

Xəbər lenti