Xəzər Xəbər

Avropa Parlamenti Rusiya pasportlarının tanınmamasına dair sazişi təsdiqlədi

Dünya | 17:10 • 24 Noyabr 2022
Avropa Parlamenti Rusiya pasportlarının tanınmamasına dair sazişi təsdiqlədi

Avropa Parlamentinin deputatları Ukrayna və Gürcüstanın işğal olunmuş bölgələrindəki vətəndaşlara Rusiya tərəfindən verilmiş pasportların və digər səyahət sənədlərinin tanınmaması qərarını dəstəkləyiblər.

APA Avropa Parlamentinin saytına istinadən xəbər verir ki, parlament Rusiya tərəfindən Ukraynanın işğal olunmuş regionlarında və Gürcüstanın separatçı ərazilərində viza verilməsi və ya xarici sərhədləri keçmək məqsədilə Rusiya tərəfindən verilmiş səyahət sənədlərinin tanınmaması haqqında sazişi təsdiqləyib. 

Qanunvericilik mətninin lehinə 531, əleyhinə 7 parlamentari səs verib. 34 parlamentari isə bitərəf olub.

Qətnaməyə əsasən, Komissiya Aİ ölkələri ilə məsləhətləşməli və Rusiya səyahət sənədlərinin, xüsusən də qəbul edilməyəcək pasportların siyahısını tərtib etməlidir.

Bununla yanaşı, Ukraynadakı münaqişə nəticəsində qaçqınlar humanitar səbəblərlə Aİ-yə daxil ola biləcəklər.

Xəbər lenti