Xəzər Xəbər

Ermənistanın dövlət borcu "qırmızı xətt"i keçdi

Dünya | 15:46 • 24 Noyabr 2022
Ermənistanın dövlət borcu "qırmızı xətt"i keçdi

Ermənistanın dövlət borcunun artması bu ölkənin iqtisadçılarını ciddi şəkildə narahat etsə də, baş nazir Nikol Paşinyan hökumətin bugünkü iclasında təşvişə düşməməyə çağırıb. 

Modern.az xəbər verir ki, Paşinyan Nazirlər Kabinetinin iclasında bəyan edib ki, dövlət borcunun ölçüsü önəmli deyil, vacib olan borcun ÜDM-ə nisbətidir.


“Bu gün bizdə dövlət borcunun ÜDM-ə nisbəti 50 faizdir. Bu isə yumşaq desək, müsbət göstəricidir”, - Paşinyan bildirib.

Sonra baş nazir dövlət borcununun məbləğindən danışıb.


“Madam ki, spekulyasiyalar da çoxdur, deyirlər ki, vay, Ermənistanın milli borcu nə bilim 7 milyarda çatıb və s... Hə, neçə milyard olub?”, - deyə Nikol Paşinyan maliyyə nazirinə müraciət edib.


Maliyyə naziri Tiqran Xaçatryan ilin sonunda dövlət borcunun 10 milyarddan bir qədər çox olacağına eyham vurub.
 

“Bəli, 10 milyard... Amma bu rəqəm önəmli deyil, vacib olan dövlət borcunun ümumi daxili məhsula nisbətdə həcmidir” deyən Paşinyan yenidən özünə təsəlli verməyə çalışıb.

Ermənistanda hesab edirlər ki, dövlət borcunun bu həddinə görə bir nömrəli günahkar və cavabdeh baş nazir Nikol Paşinyandır.

Xəbər lenti