Xəzər Xəbər

Kiyevə raket hücumu nəticəsində azı 3 nəfər həlak olub, 6 nəfər isə yaralanıb

Dünya | 18:59 • 23 Noyabr 2022
Kiyevə raket hücumu nəticəsində azı 3 nəfər həlak olub, 6 nəfər isə yaralanıb

Bu gün Ukraynanın paytaxtı Kiyev şəhərinin Rusiya ordusu tərəfindən raket atəşinə tutulması nəticəsində azı 3 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Kiyev şəhər Hərbi Administrasiyası məlumat yayıb. Raket zərbəsi nəticəsində ikimərtəbəli binaya ziyan dəyib. Bundan əlavə, Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, dörd zərərçəkən tibb müəssisələrinə yerləşdirilib. Xəsarət alan bir nəfərə yerindəcə tibbi yardım göstərilib.

Xəbər lenti