Xəzər Xəbər

Kiyev şəhəri raket atəşinə tutulub

Dünya | 17:18 • 23 Noyabr 2022
Kiyev şəhəri raket atəşinə tutulub

Ukraynanın bütün bölgələrində hava xəbərdarlığı elan edilib. Əhaliyə Rusiya ordusu tərəfindən raket təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Xezerxeber.az xəbər verir ki, paytaxt Kiyevdə partlayış səsləri eşidilib. Paytaxtın sol sahilində elektrik enerjisinin verilişində ciddi problem yaranıb.

Kiyevin meri Vitali Kliçko paytaxtın infrastruktur obyektlərindən birinin raket zərbəsindən ciddi zərər gördüyünü açıqlayıb.

Eyni zamanda, Kiyev sakinləri şəhərin sol sahilində partlayışlar olduğunu bildirirlər. Dağıntılar və itkilər barədə hələ ki, məlumat verilmir.

İlkin məlumata görə, ölkənin bir çox bölgələrində, o cümlədən Poltova, Dnepropetrovsk, Odessa, Çerkası, Jitomir, Kiyev vilayətlərində Ukraynanın havadan müdafiə sistemləri işləyir.

Xəbər lenti