Xəzər Xəbər

Raket hücumu nəticəsində Ukraynanın 18 strateji obyekti zədələnib

Dünya | 14:53 • 31 Oktyabr 2022
Raket hücumu nəticəsində Ukraynanın 18 strateji obyekti zədələnib

Oktyabrın 31-i səhər saatlarında Ukraynanın 18 strateji obyekti rus ordusu tərəfindən atılan raketlər və dron hücumları nəticəsində zədələnib, onların əksəriyyəti enerji obyektləridir.

Xezerxeber.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal teleqram səhifəsində məlumat verib.

Ukraynanın yeddi bölgəsində yüzlərlə yaşayış məntəqəsi enerjisiz qalıb.

“Bu gün Kiyev və regionda, Çerkassı, Kirovoqrad, Xarkov, Zaporojye və Poltava vilayətlərində elektrik enerjisinin verilişində fövqəladə fasilələr tətbiq edilib. Şəbəkələrin daha sürətli bərpası üçün bütün ukraynalılardan elektrik enerjisinə qənaət etmələri xahiş olunur”, - deyə Şmıqal əlavə edib.

Kiyev yaxınlığındakı enerji obyektinin zədələnməsi nəticəsində paytaxtda istehlakçıların 80 faizi isə susuz qalıb.

Xəbər lenti