Xəzər Xəbər

Rusiyada qismən səfərbərlik: Qadınlar da orduya çağırılır? AÇIQLAMA

"İndi prezidentin fərmanına əlavələr hazırlanıb"
Dünya | 17:06 • 1 Oktyabr 2022
Rusiyada qismən səfərbərlik: Qadınlar da orduya çağırılır?

Rusiyada davam edən qismən səfərbərlik çərçivəsində qadınlar orduya çağırılmayacaq.

Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib. O, dövlət akkreditasiyası olan kommersiya universitetlərinin tələbələrinin də qismən səfərbərliyə cəlb olunmayacağını söyləyib. 

"İndi prezidentin fərmanına əlavələr hazırlanıb. Bilirsiniz ki, prezidentin sərəncamına əsasən, dövlət universitetlərinin tələbələri səfərbərlikdə iştirak etmirlər", - deyə Şoyqu vurğulayıb.

Rusiya MN başçısı onu da qeyd edib ki, payız çağırışının başlanması tarixi hərbi komissarlıqların iş yükünün hazırda kifayət qədər yüksək olması səbəbindən noyabrın 1-nə keçirilib: "Ona görə də biz istəməzdik ki, müxtəlif növ çatışmazlıqlar olsun. Məhz bu səbəbdən payız çağırışı noyabrın 1-nə keçirilib".

Rusiyalı nazir əmin edib ki, hərbi xidmətə çağırışın başlama vaxtının dəyişdirilməsi ehtiyatda olan hərbçilərin tərxis olunma müddətinə təsir etməyəcək: "Hərbi çağırışçıların evə qayıtma müddətinə gəlincə, fərman buna şamil edilmir. Oktyabrın 1-dən uşaqlar evlərinə qayıtmağa başlayacaqlar". (APA)