Xəzər Xəbər

Nikaraqua Niderlandla diplomatik əlaqələri kəsib

Dünya | 14:50 • 1 Oktyabr 2022
Nikaraqua Niderlandla diplomatik əlaqələri kəsib

Nikaraqua hakimiyyəti Niderlandla diplomatik əlaqələri kəsdiyini elan edib.

Xezerxeber.az "Reuters" agentliyinə istinadla xəbər verir ki, Nikaraqua Xarici İşlər Nazirliyinin məlumatına görə, hakimiyyət bu addımı “müdaxiləçi və yeni kolonial siyasət yürüdən” Niderlandın “yerli ailələri alçaltdığı və buna davam etdiyi” üçün atdığını bildirib.

“La Prensa” qəzeti isə öz növbəsində Nikaraqua hakimiyyətinin Avropa İttifaqının səfirini arzuolunmaz şəxs elan etdiyini və ABŞ-ın yeni səfirini qəbul etməyəcəyini yazıb.