Xəzər Xəbər

Bu ölkədə sərvət vergisi tətbiq edilir

Dünya | 13:11 • 1 Oktyabr 2022
Bu ölkədə sərvət vergisi tətbiq edilir

İspaniya hökuməti artan inflyasiya fonunda sosial siyasətləri ödəmək məqsədilə ikinci dəfə “sərvətdən həmrəylik vergisi”nin tətbiqinə başlayacaq.

Yeni sərvət vergisi 2023 və 2024-cü illərdə ildə 3 milyon avrodan çox olan aktivlərin sahiblərinə şamil olunacaq.

İspaniyanın maliyyə naziri Maria Xesus Montero bildirib ki, yeni vergi hesablamalara görə 23 min vergi ödəyicisindən təqribən 1,5 milyard avro cəlb edəcək. 2024-cü ildə isə ildə 200 min avrodan yuxarı gəlirləri 2 faiz bəndinə qədər artıraraq 204 milyon avro cəlb etmək planlaşdırılır. İki il ərzində aztəminatlı şəxslər üçün təxminən 1,88 milyard avro məbləğində vergi endirimləri də tətbiq olunacaq. (AZƏRTAC)

Xəbər lenti