Xəzər Xəbər

Ukrayna ordusu Rusiyaya məxsus TOS-1 sistemini məhv edib

Dünya | 09:31 • 1 Oktyabr 2022
Ukrayna ordusu Rusiyaya məxsus TOS-1 sistemini məhv edib

Ukrayna Silahlı Qüvvələri son sutkada Rusiyaya məxsus TOS-1 (ağır odsaçan artilleriya sistemi) sistemini və yaylım atəşli reaktiv sistemlərini məhv edib.

Xezerxeber.az-ın yerli unian.net saytına istinadla xəbərinə görə, bu barədə Cənub Ordu Komandanlığı məlumat yayıb.

Komandanlığın məlumatında göstərilir ki, Ukrayna artilleriyası 330 döyüş tapşırığı yerinə yetirib. Sutka ərzində 1 ədəd TOS-1 sistemini, 1 ədəd yaylım atəşli reaktiv sistemlərini, 2 haubitsanı, 3 tankı, 2 PDM-i və silah anbarlarını məhv edib. 10 Rusiya hərbçisi zərərsizləşdirilib.

Xəbər lenti