Xəzər Xəbər

Almaniya qaranlıq Milad bayramına hazırlaşır

Dünya | 18:20 • 28 Sentyabr 2022
Almaniya qaranlıq Milad bayramına hazırlaşır

Dünyada baş verən enerji böhranı ilə əlaqədar Almaniyanın Ətraf Mühitin Mühafizəsi Təşkilatı (DUH) Milad işıqlarının yandırılması ənənəsindən imtina etməyi tövsiyə edib. 

“Star” qəzeti xəbər verir ki, təkcə Almaniyada evdə Milad işıqlandırması ildə 400 min əhalisi olan bir şəhər qədər elektrik istehlak edir.

 

Təşkilatından (DUH) verilən açıqlamada Almaniyanın enerji böhranı səbəbindən bu il şəhərlərdə və evlərdə Milad işıqlandırma ənənəsindən imtina etməli olduğu bildirilib.

"Bu qış şəhərlərdə, evlərdə və mənzillərdə Milad işıqları olmadan yaşamaq, əlbəttə ki, problem olmalıdır"- məlumatda qeyd edilib.

DUH təşkilatının rəhbəri şəhərlərin hər birində yalnız bir işıqlı ağacın olmasını təklif edib.

Qeyd edək ki, Almaniya hökuməti qarşıdan gələn qış aylarında elektrik enerjisinin və qazın kəsilməsinin qarşısını almaq üçün artıq bir sıra enerjiyə qənaət tədbirləri görüb. İctimai binalarda və iş yerlərində maksimum otaq temperaturu aşağı salınsa da, paytaxt Berlindəki Brandenburq qapısı kimi abidələr artıq işıqlandırılmır./Ölkə.Az 

Rubrikanın digər xəbərləri

Xəbər lenti