Xəzər Xəbər

Köçəryan yenə revanşist çıxış etdi - O, müharibə istəyir

Dünya | 12:46 • 28 Sentyabr 2022
Köçəryan yenə revanşist çıxış etdi - O, müharibə istəyir

Ermənistanın ikinci prezidenti Robert Köçəryan birinci prezident Levon Ter-Petrosyanın indiki hakimiyyət ətrafında birləşməyə çağırış etməsini ironiya ilə qarşılayıb.

Modern.az-ın məlumatına görə, Köçəryan bu gün İrəvanda keçirdiyi mətbuat konfransında Ter-Petrosyana belə cavab verib:

"Birləşmə bir qayda olaraq, yüksək məqsədlərə çatmaq naminə baş verir. Qələbəyə nail olmaq üçün birləşirlər, təslim olmaq üçün yox. Təslim olmaq üçün, əksinə, parçalanma tələb olunur”.

Köçəryanın sözlərinə görə, indiki hakimiyyət ətrafında birləşməyə çağırış anlaşılmazdır. Eks-prezident deyib ki, ümidsiz vəziyyətlər yoxdur, döyüşə hazır olanların üzünə qapı açılır. O əlavə edib ki, Ter-Petrosyanın qiymətləndirmələri ilə qətiyyən razı deyil və çətin şəraitdə təslim olmağın vacibliyinə inanmır.

"Mən bu mövqeyi qəti şəkildə qəbul etmirəm", - o bildirib.

İkinci prezident ölkədə hakimiyyətin dəyişdirilməsinin vacibliyini vurğulayıb. 

Bundan əvvəl Ermənistan Respublikasının eks-prezidenti Levon Ter-Petrosyan İctimai Televiziyaya müsahibəsində Ermənistanı çətin və ağrılı qərarların gözlədiyini bildirib. O, Azərbaycan və Türkiyə ilə müqavilələrin imzalanmasının zəruriliyini vurğulayıb. Keçmiş dövlət başçısı hesab edir ki, Ermənistan Respublikasının və Dağlıq Qarabağın keçmiş başçıları problemin həlli naminə ən az ağrılı variant seçmək üçün indiki baş nazirlə dialoqa başlamalıdırlar.

Xəbər lenti