Xəzər Xəbər

İranın keçmiş prezidentinin qızı həbs edilib

Dünya | 12:11 • 28 Sentyabr 2022
İranın keçmiş prezidentinin qızı həbs edilib

İranın keçmiş Prezidenti, İran İslam İnqilabının ən nüfuzlu simalarından hesab edilən Haşimi Rəfsəncaninin qızı Faizə Rəfsəncani həbs edilib.

Xezerxeber.az İran mətbuatına istinadən xəbər verir ki, Faizə xanım iğtişaşlar yaratmaqda, sabitliyi pozmaqda ittiham edilir.

Qeyd edək ki, İranda 22 yaşlı Məsiha Əmininin polis zorakılığına məruz qalmasından sonra başlayan kütləvi aksiyalarda keçmiş prezidentin qızı da iştirak edib və insanları hökumət əleyhinə çıxmağa çağırıb.

Nəzərə çatdıraq ki, Faizə Rəfsancani atası vəfat etdikdən sonra mövcud hökuməti kəskin tənqid etməyə başlamışdı.

Rəfsancani ailəsi İranın ən varlı və nüfuzlu ailələrindən biridir.

Xəbər lenti