Xəzər Xəbər

Fransa ordusuna ayrılan vəsait artırılır

Dünya | 23:00 • 27 Sentyabr 2022
Fransa ordusuna ayrılan vəsait artırılır

Fransanın hərbi büdcəsi 2023-cü ildə, demək olar, 44 milyard avroya çatacaq.

Xezerxeber.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə məlumat Fransa Silahlı Qüvvələri Nazirliyinin çərşənbə axşamı günü yaydığı kommünikedə yer alıb.

“2023-cü ildə Fransa ordusunun büdcəsi ardıcıl olaraq altıncı dəfə artırılacaq və 43,9 milyard avro təşkil edəcək”, - deyə məlumatda bildirilir. Qeyd olunur ki, beləliklə, silahlı qüvvələrə ayrılan vəsait 2022-ci ilə nisbətən 3 milyard avro artacaq.

Nazirliyin məlumatına görə, hazırda Fransada 2024-2030-cu illərdə silahlı qüvvələrin və silahlanmanın inkişafına dair yeni proqram hazırlanır. Layihə dekabr ayından gec olmayaraq parlamentə təqdim ediləcək.

Prezident Emmanuel Makron sentyabrın əvvəllərində bəyan edib ki, Fransa öz ordusunu təchizat baxımından Avropada birinci etməyi planlaşdırır. Dövlət başçısı, həmçinin silahlı qüvvələrin rəhbərliyinə ordunun təchizatı proqramına mövcud geosiyasi kontekst nəzərə alınmaqla yenidən baxılmasını tapşırıb.

Xəbər lenti