Xəzər Xəbər

Fransa XİN rəhbəri: Rusiya tərəfindən təşkil olunan saxta referendumları heç vaxt tanımayacağıq

Dünya | 16:23 • 27 Sentyabr 2022
Fransa XİN rəhbəri: Rusiya tərəfindən təşkil olunan saxta referendumları heç vaxt tanımayacağıq

Fransanın xarici işlər naziri Katerin Kolonna ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Fransa XİN rəhbəri tviterdə bildirib.

“Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə görüşümdə Ukraynaya Fransanın humanitar hərbi iqtisadi və diplomatik dəstəyini bir daha bəyan etdim. Fransa Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək və Rusiya tərəfindən təşkil olunan saxta referendumları heç vaxt tanımayacaq”, - o qeyd edib.

Xəbər lenti