Xəzər Xəbər

BMT Baş katibi: “Nüvə şantajı dövrü başa çatmalıdır”

Dünya | 14:04 • 27 Sentyabr 2022
BMT Baş katibi: “Nüvə şantajı dövrü başa çatmalıdır”

“Nüvə şantajı dövrü başa çatmalıdır”.

Bunu BMT-nin Baş katibi Antonio Quterreş tviterdə yazıb.

O bildirib ki, hansısa ölkənin nüvə müharibəsi ilə qalib gələ biləcəyi ideyası doğru deyil.

“Biz geri addım atmalıyıq”, - Baş katib qeyd edib.

Qeyd edək ki, son günlər Rusiya rəhbərliyi Ukrayna ilə davam edən müharibədə Moskvanın nüvə silahından istifadə edə biləcəyinə dair açıqlamalar verirlər. Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirmişdi ki, digər silahlar olduğu kimi nüvə silahı da prezidentin qarşıya qoyduğu tapşırıqların yerinə yetirilməsi üçündür.

Həmçinin Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini, keçmiş Prezident Dmitri Medvedev söyləyib ki, ölkəsi müdafiə üçün nüvə silahından istifadə edə bilər. (Report)

Xəbər lenti

Çox oxunanlar