Xəzər Xəbər

Bu ölkədə koronavirus məhdudiyyətlərinə son qoyulacaq - Gələn aydan

Dünya | 13:55 • 27 Sentyabr 2022
Bu ölkədə koronavirus məhdudiyyətlərinə son qoyulacaq - Gələn aydan

Kanada hökuməti oktyabrın 1-dən etibarən koronavirus pandemiyası ilə əlaqədar səyahət məhdudiyyətlərini aradan qaldırır.

Kanada hökumətinin rəsmi saytında COVID-19 ilə bağlı bütün giriş məhdudiyyətlərinin qaldırıldığı məlumat verilib.

Habelə Kanadaya daxil olanlar üçün sınaq, karantin və təcrid tələbləri də ləğv edilir. Səyahətçilərin ölkəyə gəldikdən sonra COVID-19 simptomlarını izləmək və ya məlumat vermək lazım olmayacaq.

Səyahətçilərdən artıq təyyarələrdə və qatarlarda maska ​​taxmaq, hava və dəmir yolu səyahətləri üçün sağlamlıq müayinəsindən keçmək tələb olunmadığı bildirilir.

Hökumət bu qərara peyvəndləmə göstəriciləri, xəstələnmə və ölüm hallarının azalmasının səbəb olduğunu bildirib.

Habelə, Yaponiyanın da oktyabrın 11-dən etibarən COVID-19 ilə əlaqədar tətbiq edilən bütün məhdudiyyətləri ləğv edəcəyi məlum olub. Bildirilir ki, koronavirus simptomları olan şəxslər istisna olmaqla, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınmış peyvəndlərdən 3 doza sertifikatı ilə və ya yola düşməzdən 72 saat əvvəl götürülən koronavirus testi mənfi olan şəxslərə viza verilməsi bərpa ediləcək.

Xatırladaq ki, 1 Avqustdan etibarən Fransa sərhədində COVID-19 məhdudiyyətləri ləğv edilmişdi.

Qonşu Rusiyada isə peyvəndləmə kampaniyası davam edir./Sfera.az

Xəbər lenti