Xəzər Xəbər

Parisdə bazar yanır FOTO

Dünya | 19:22 • 25 Sentyabr 2022
Parisdə bazar yanır

Parisin yaxınlığında böyük ərzaq bazarının anbarında yanğın başlayıb.

“Associated Press“in yaydığı xəbərə görə, sahəsi 7 min kvadrat metr olan anbarda yanğının söndürülməsinə 100 yanğınsöndürən və 20 yanğınsöndürmə maşını cəlb olunub.

Parisin Yanğın Xidmətinin rəisi Le Muana bildirib ki, yanğın nəticəsində xəsarət alan yoxdur, yanğının yayılmasının qarşısını da almaq mümkün olub.

Yanğının səbəbi məlum deyil. Yaxın rayonların sakinlərinə hadisə yerinə yaxınlaşmamaq tövsiyə olunub.

Xəbər lenti