Xəzər Xəbər

Rusiya və Ukrayna müharibənin həlli yolundan uzaqlaşıblar - Çavuşoğlu

Dünya | 15:21 • 25 Sentyabr 2022
Rusiya və Ukrayna müharibənin həlli yolundan uzaqlaşıblar - Çavuşoğlu

Rusiya və Ukrayna müharibənin həlli yolundan uzaqlaşıblar, amma ümidlər bitməyib.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Los-Angelesdə türk icması ilə keçirdiyi görüşdə söyləyib.

Nazir vurğulayıb ki, rəsmi Ankara Rusiya-Ukrayna müharibəsini bitirmək üçün səy göstərir. Çavuşoğlu tərəflərin həll yolundan uzaqlaşmalarına baxmayaraq, ümidlərini itirmədiklərinin vurğulayıb.

Çavuşoğlu əlavə edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentlərini bir araya gətirmək istəyir: "Bunun üçün etimad yaradan addımlar atmalıyıq. Sonuncu əsir mübadiləsində biz mühüm rol oynadıq", - Çavuşoğlu vurğulayıb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024