Xəzər Xəbər

Türkiyədə ağır yol qəzası - altı nəfər həlak olub FOTO

Dünya | 14:20 • 25 Sentyabr 2022
Türkiyədə ağır yol qəzası - altı nəfər həlak olub

Türkiyənin Malatya vilayətinin Akçadağ rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az yerli mediaya istinadən xəbər verir ki, qəza Kayseri-Malatya şosesinin Muratlı məhəlləsi ərazisindən keçən hissəsində baş verib. Minik avtomobili ilə TIR-ın toqquşması nəticəsində altı nəfər həyatını itirib.

Faktla bağlı araşdırma aparılır. TIR sürücüsünün həbs olunduğu bildirilir.

Xəbər lenti