Xəzər Xəbər

Yunanıstan Türkiyə sahillərindəki adalara zirehli texnikalar yerləşdirib FOTO

Dünya | 13:57 • 25 Sentyabr 2022
Yunanıstan Türkiyə sahillərindəki adalara zirehli texnikalar yerləşdirib

Yunanıstan beynəlxalq razılaşmaları pozaraq Türkiyə sahillərindəki Midilli və Sisam adalarına zirehli texnikalar yerləşdirib.

Türkiyənin NTV telekanalının verdiyi xəbərə görə, beynəlxalq sazişlərə əsasən, Egey dənizindəki bu adalar silahsızlaşdırılıb.

Ancaq Yunanıstan beynəlxalq razılaşmaları pozaraq, 18 və 21 sentyabr tarixlərində Midilli adasına 23 ədəd, Sisam adasına isə 18 ədəd piyadaların döyüş maşınını yerləşdirib.

Gəmi ilə adalara gətirilən zirehli texnikaların görüntülərini Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları qeydə alıb. Adalara yerləşdirilən piyadaların döyüş maşınlarının ABŞ-ın Yunanıstana bağışladığı maşınlar olduğu da məlum olub

Xəbər lenti