Xəzər Xəbər

TÜKÜRPƏDƏN QƏTL: Sevgilisini doğrayıb çemodanlara yığdı

Dünya | 08:37 • 23 Sentyabr 2022
TÜKÜRPƏDƏN QƏTL: Sevgilisini doğrayıb çemodanlara yığdı

Polis Nyu-Yorkdakı mənzillərin birində qadın bədəninin hissələri olan çemodanlar tapıb.

Hadisə Bruklin rayonunda baş verib.

Qonşular mənzildən gələn xoşagəlməz qoxu ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət ediblər. Ümumilikdə otaqda insan bədəninin parçaları olan bir neçə çemodan tapılıb. Onların mənzilin 22 yaşlı sakininə məxsus olduğu ehtimal edilir.

Qonşular bildiriblər ki, qızın tez-tez dalaşdığı sevgilisi olub. İndi polis onu dindirmək üçün axtarır.

Xəbər lenti