Xəzər Xəbər

Britaniyalıların daha bir qəribə adəti: Kral arılarına kraliçanın ölümünü belə dedilər

Dünya | 22:15 • 22 Sentyabr 2022
Britaniyalıların daha bir qəribə adəti: Kral arılarına kraliçanın ölümünü belə dedilər

Dünyanın ən qəribə inanclarına malik olan Britaniya bu dəfə də bütün dünyanı təəccübləndirməyi bacarıb. Belə ki, Britaniya kraliçası II Elizabetin ölümü ilə bağlı Kral arılarına da məlumat verilib.

Bu qəribə adət və onun tarixi barədə məlumat veririk.

Adətə görə Britaniya kraliçası və ya kralı öləndə silsilə tədbir və mərasimlər başlamalıdır. Təntənəli və müxtəlif ayinlərdən ibarət mərasimlər 10 gün davam edir. Rəsmi matəmdən əvvəl Baş nazirə monarxın ölümü barədə məlumat verilir. Bu zaman telefon zəngində "London körpüsü uçdu" kod ifadəsi verilir və bununla da mərasimlər rəsmi başlamış hesab olunur.

Bu mərasimlərin bəlkə də ən qəribə tərəfi Kral arılarının kraliçanın ölümü barədə məlumatlandırılmasıdır.

Əsrlər boyu davam edən ənənəyə əsasən kral arıçısı Bukingem sarayı və Klarens Evi ətrafındakı arı pətəklərini gəzir, pətəklərə qara lentlər qoyur və arılara Kraliçanın vəfat etdiyini bildirir. Hər pətək “qapısı” döyülür və deyilir ki, monarx öldü amma sən getmə. “Yeni sahibin sənə yaxşı baxacaq” pıçıldayırlar. Maraqlıdır ki, bu mesaj onlara arıların bəyəndiyi butt-swing (sallama rəqsləri) vasitəsilə deyil, məhz ingilis dilində çatdırılır.

 Kraliça II Elizabetin ölümündən sonra da bu mərasimin eyni qaydada təkrarlanıb./Sfera.az 

Xəbər lenti