Xəzər Xəbər

Putinin anons etdiyi nüvə müharibəsi:Nostradamus onu əsrlər əvvəl proqnozlaşdırıb

Dünya | 19:10 • 22 Sentyabr 2022
Putinin anons etdiyi nüvə müharibəsi:Nostradamus onu əsrlər əvvəl proqnozlaşdırıb

Fransada yaşamış həkim Mişel de Nostradamus dünyamızın nə vaxt və necə məhv olacağı da daxil olmaqla 6338 proqnoz yazıb. 

İndiyə qədər Nostradamusun proqnozlarının 70 faizdən çoxunun gerçəkləşdiyi iddia edilir. Bunların içində Adolf Hitlerin yüksəlişi, İkinci Dünya müharibəsi, 11 sentyabr terror aktı, Fransa inqilabı, atom bombası kimi doğru çıxanlar da olub. Hətta Nostradamusun 2020-ci ildə koronavirus pandemiyasını proqnozlaşdırdığı da iddia edilir. Fransız astroloq 2 iyul 1566-cı ildə vəfat etsə də, onun yazdığı sirli proqnozlar hələ də diqqəti cəlb edir. 

2023-cü ildə bizi gözləyən bəzi hadisələr də Nostradamus tərəfindən şərh edilib. Nostradamus 2023-cü illə bağlı proqnozlarında baş verə biləcək dünya müharibəsi haqqında deyir: “Böyük müharibənin 7 ayında insanlar pislikdən öldülər”. 

Nostradamusun bu proqnozu izah edir ki, Ukraynadakı müharibədən başqa və daha böyük müharibə başlaya bilər. Rusiya lideri Putinin bu gün səsləndirdiyi “Ərazi bütövlüyümüzü qorumaq üçün hər cür silahdan istifadə edəcəyik" təhdidi də bu məqamda yeni müharibə sualını ağıllara gətirir. 

Bundam əlavə, məşhur falçı Fransanın Rouen və Evreux şəhərləri haqqında "Krala məğlub olmayacaq" şərhini verib. Hətta o, Marsa səyahət ilə bağlı layihəni də öncədən görüb. Belə ki, İlon Mask Marsa adam göndərmək arzusunun olduğunu açıqlayıb və 2029-cu ilə qədər ora səyahət ediləcəyini bildirib. 

Nostradamusun gələn il üçün proqnozlarına Papa Fransiskin yerinə yeni Papanın təyin edilməsi də daxildir. Papa Fransisk sonuncu real Papa olacaq və onu əvəz edəcək Papa qalmaqal yaradacaq. Nostradamus krallıq binasının üstündə "yanğın" olacağını proqnozlaşdırır. Bu proqnoz “sivilizasiyanın yeni dünya düzəni yaranacaq” kimi şərh edilir. Çoxları bunun dünyanın sonu və ya yeni dünya nizamının başlanğıcı ola biləcəyinə inanırlar. Nostradamus öz proqnozlarında  iki böyük gücün yeni ittifaqından da danışıb. 

O deyib ki, bu ittifaq güclü kişi ilə zəif kişi lider, yaxud kişi və qadın lider arasında olacaq. İttifaq ilk baxışda işə yaramış kimi görünəcək, lakin onun yaxşı təsirləri uzun sürməyəcək. /Cebhe.info

Xəbər lenti

Çox oxunanlar