Xəzər Xəbər

Çində keçmiş ədliyyə naziri edam olunacaq

Dünya | 15:17 • 22 Sentyabr 2022
Çində keçmiş ədliyyə naziri edam olunacaq
Çinin keçmiş ədliyyə naziri Fu Cinghua edam cəzasına məhkum edilib.
 
Bu qərar keçmiş nazirin rüşvətxorluq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə mühakimə olunduğu iş üzrə verilib.
Fu Cinghua müxtəlif vəzifələrdə çalışarkən özü və qohumları vasitəsilə 117 milyon yuan (təxminən 14,9 milyon dollar) rüşvət almaqda ittiham edilib.
 
Rüşvətxorluq və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə təqsirli bilinən sabiq nazir və polis rəisi iki il müddətinə azadlıqdan məhrum olunmaqla edam cəzasına məhkum edilib.

Xəbər lenti