Xəzər Xəbər

Türkiyə və bu ölkələrə xəbərdarlıq - Qorxulu proqnoz

Dünya | 15:09 • 22 Sentyabr 2022
Türkiyə və bu ölkələrə xəbərdarlıq - Qorxulu proqnoz
Türkiyə də daxil olmaqla 5 ölkə üçün şok xəbərdarlıq edilib.
 
Alimlər Türkiyə də daxil olmaqla 5 ölkə üçün narahatlıq doğuran yeni araşdırma dərc ediblər.
 
Araşdırmaya görə, yaxın gələcəkdə Türkiyə də daxil olmaqla 5 ölkədə görünməmiş qeyri-sabit hava şəraiti hökm sürəcək.
 
"Reviews of Geophysics” elmi jurnalında dərc olunan dünyanın aparıcı tədqiqat qurumlarından biri olan Almaniyada yerləşən Maks Plank İnstitutunun araşdırmasına görə, Şərqi Aralıq dənizi və Yaxın Şərqdə yaxın gələcəkdə görünməmiş hava hadisələri hökm sürəcək. 
 
Türkiyənin də daxil olduğu bölgə ölkələrinin qarşıdakı illərdə isti dalğaları, quraqlıq, toz fırtınaları və həddindən artıq yağıntı kimi problem yaşayacağına diqqət çəkilib.
 
Araşdırmalara görə, yağıntının miqdarının azalması ilə bölgə çox ciddi su və qida böhranı yaşayacaq, bütün iqtisadi sektorlar böhrandan təsirlənəcək və bölgədə yaşayan 400 milyon insan dağıdıcı təsirlərlə üzləşəcək. Sahil əraziləri və bir çox yerlərdə kənd təsərrüfatı torpaqları su səviyyəsinin qalxması ilə yox olmaq ərəfəsində olacaq.
 
Araşdırmada Türkiyə ilə yanaşı, Yunanıstan, Qətər, Suriya və Səudiyyə Ərəbistanı da iqlim böhranından əziyyət çəkəcək ölkələr arasında olub./azxəbər

Xəbər lenti