Xəzər Xəbər

Slovakiyanın müdafiə naziri: Vladimir Putin devrilə bilər

Dünya | 14:54 • 22 Sentyabr 2022
Slovakiyanın müdafiə naziri: Vladimir Putin devrilə bilər
"Rusiya Prezidenti Vladimir Putin devrilə bilər”.
 
Bunu Slovakiyanın müdafiə naziri Yaroslav Nad deyib.
 
Onun sözlərinə görə, Rusiyada qismən səfərbərliyin elan olunması hakimiyyəti çətin siyasi vəziyyətə salacaq: "Bu, Kreml rəhbərinin devrilməsi ilə nəticələnə bilər”.
 
Y.Nad V.Putinin sentyabrın 21-də xalqa müraciətinin pafoslu olduğunu bildirib. O, əlavə edib ki, Ukrayna torpaqlarında keçirilən "referendumlar” gələcəkdə ukraynalıların Rusiya torpaqlarına hücumu ilə bağlı iddialara bəhanə yaratmaq üçündür.
 
Xatırladaq ki, sentyabrın 21-də V.Putin xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb. Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu isə ehtiyatda olan 300 min nəfərin qismən səfərbərlik çərçivəsində orduya çağırılacağını bildirib./Report

Xəbər lenti