Rusiya öz müdafiəsi üçün istənilən silahdan, o cümlədən strateji nüvə silahlarından istifadə edə bilər.
Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini, keçmiş Prezident Dmitri Medvedev bildirib.
"Müharibədə təkcə səfərbərlik imkanları deyil, həm də Rusiyanın istənilən silahı, o cümlədən strateji nüvə silahları və yeni prinsiplərə əsaslanan silahlar istifadə oluna bilər",- deyə Medvedev bildirib.