Xəzər Xəbər

Böyük Britaniya Ukraynaya yardımı davam etdirəcək

Dünya | 11:55 • 22 Sentyabr 2022
Böyük Britaniya Ukraynaya yardımı davam etdirəcək

Ukrayna qalib gələnə qədər Böyük Britaniya Kiyevə yardımı davam etdirəcək, Rusiyanı isə heç kim təhdid etmir.

Xezerxeber.az xarici KİV-ə istinadla xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Liz Trass bu barədə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 77-ci sessiyasında çıxışı zamanı deyib.

“Ukrayna qalib gələnə qədər dayanmayacağıq. Münaqişənin həlledici məqamında Ukraynaya lazımi dəstəyimizi və hərbi yardımımızı artıracağıq. Rusiyaya qarşı beynəlxalq alyans çox güclüdür, lakin Moskvanı heç kim təhdid etmir”, - deyə o bildirib. Baş nazirin sözlərinə görə, Böyük Britaniya 2030-cu ilədək ümumdaxili məhsulunun 3 faizini müdafiə sahəsinə xərcləməyi və təhlükəsizliyin təminatçılarından biri kimi Avropadakı mövqeyini qorumağı planlaşdırır.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri buna cavab olaraq Rusiyaya qarşı analoqu olmayan sanksiyalar tətbiq edib. Ukraynaya isə böyük həcmdə hərbi və humanitar yardım göstərilib və göstərilməkdədir.

Xəbər lenti