Xəzər Xəbər

Zelenski Ərdoğana təşəkkür edib

Dünya | 11:40 • 22 Sentyabr 2022
Zelenski Ərdoğana təşəkkür edib

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Xezerxeber.az xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

“Rusiyada əsirlikdə olan 215 nəfər geri qaytarılıb. Onların arasında Azovstal və Mariupolun 188 müdafiəçisi də var. 5 komandir Türkiyədə qalacaq. Onlar ailələri ilə görüşə biləcəklər. Buna görə Prezident Ərdoğana ürəkdən minnətdaram”,- o bildirib.

V.Zelenski, həmçinin əsirlikdəki digər şəxsləri qaytarmağa çalışdıqlarını deyib.

Qeyd edək ki, dünən R.T.Ərdoğanın vasitəçiliyi ilə 215 əsir Ukraynaya qaytarılıb. 

Xəbər lenti