Xəzər Xəbər

Qazaxıstanda Nazarbayevlə bağlı dövlət bayramı ləğv edilib

Dünya | 10:09 • 22 Sentyabr 2022
Qazaxıstanda Nazarbayevlə bağlı dövlət bayramı ləğv edilib

Qazaxıstanda dövlət bayramları siyahısından İlk Prezident Günü çıxarılıb.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Parlamenti qərar qəbul edib.

Parlamentin iclasında digər bayramlarla da bağlı düzəlişlərin edilməsi gözlənilir.

Qeyd edək ki, İlk Prezident Günü 2011-ci ildə təsis olunub və Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin 1991-cı il, dekabrın 1-də prezident seçilməsi şərəfinə qeyd edilirdi.

Xəbər lenti