Xəzər Xəbər

Putinlə Makron Zaporojye AES-dəki vəziyyəti müzakirə edib

Dünya | 18:03 • 19 Avqust 2022
Putinlə Makron Zaporojye AES-dəki vəziyyəti müzakirə edib

Fransa Prezidenti Emmanuel Makronla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Ukraynanın Rusiyanın nəzarəti altında olan Zaporojye AES-dəki son vəziyyət dəyərləndirmək üçün əraziyə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) ekspertlərinin buraxılması məsələsini müzakirə ediblər.

Putin Makronu Ukrayna taxılının daşınması ilə bağlı İstanbulda əldə olunmuş razılaşmanın icrası barədə məlumatlandırıb.

Xəbər lenti