Xəzər Xəbər

Ermənistanı bir neçə gündür "bomba həyəcanı" içində saxlayan şəxs həbs edilib

Bununla bağlı rəsmi məlumat yayılıb
Dünya | 14:59 • 19 Avqust 2022
Ermənistanı bir neçə gündür "bomba həyəcanı" içində saxlayan şəxs həbs edilib

Ermənistanda Gümrü şəhərinin sakini bir sıra dövlət binalarının minalanması ilə bağlı saxta həyəcan siqnalı verdiyinə görə həbs edilib.

Bu barədə Ermənistan baş prokurorunun müşaviri Qor Abramyan sosial şəbəkələrdə bildirib.

Qeyd olunur ki, həmin şəxs avqustun 15-də axşam saatlarında polisin əməliyyat mərkəzinə 3 dəfə zəng edərək parlamentin binasını, eləcə də Dövlət Gəlirləri Komitəsinin (vergilər) yerli idarəsini partlatmaq niyyətində olduğunu bildirib.

Ertəsi gün polisə və təcili yardıma “911” xidmətilə zəng edən həmin şəxs 20 dəqiqə ərzində ona yaxınlaşmasalar, vergi idarəsinin binası ilə birlikdə özünü partladacağını bildirib.

Sonradan əməliyyatçılar müəyyən ediblər ki, bomba qoyulması ilə bağlı bütün xəbərlər yalan olub, göstərilən bütün binalar diqqətlə yoxlanılıb.

Avqustun 16-da axşam saatlarında vətəndaş saxlanılıb, onun Gümrü sakini D.S olduğu məlum olub. İki gün sonra məhkəmə müstəntiqin müvafiq vəsatətini təmin edərək, onu həbs edib.

Yerləşdirilmiş bombalarla bağlı son vaxtlar vaxtaşırı yayılan yalan xəbərləri və çağırışları nəzərə alaraq, Baş Prokurorluq bununla bağlı hüquqi nəticələr və ciddi məsuliyyət barədə xəbərdarlıq edib. (modern.az)

Xəbər lenti

Çox oxunanlar