Xəzər Xəbər

Türkiyə hərbçilərinə hücum planlaşdıran terrorçular məhv edildilər

Dünya | 13:48 • 18 Avqust 2022
Türkiyə hərbçilərinə hücum planlaşdıran terrorçular məhv edildilər

Türkiyə Silahlı Qüvvələri Suriya ərazisində terrorçulara növbəti dəfə ağır zərbə vurub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Suriya ərazisində “Sülh çeşməsi” antiterror əməliyyatı keçirən birləşmələrə hücum hazırlığında olan PKK/YPG terrorçu dəstəsinin 9 üzvü zərərsizləşdirilib.

Əməliyyatlar davam edir.

Xəbər lenti